Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyəli nümayəndələr Nəsimidə oldular-Fotolar

unnamed (2)Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayon İcra Hakimiyyətində olublar.

Nümayəndə heyətini qəbul edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ilk öncə qonaqları salamlamış, paytaxtımızın mərkəzi rayonu olan Nəsimi rayonun stateji əhəmiyyət kəsb etdiyini bildirmiş və rayonun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat veriblər. Asif Əsgərov son illərədə Azərbaycanda əldə olunmuş nailiyyətlər, sosial-iqtisadi inkişafdan, həyata keçirilən yeni layihələrdən, o cümlədən Nəsimi rayonunda görülən işlərdən danışmış, bu nailiyyətlərin qazanılmasında Ulu öndən Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük rolunu qeyd edib. Ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin, xalqlarımızın biri birinə nə qədər yaxın olmasını vurğulayan natiq Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsindən, onun xalqımıza gətirdiyi bəlalardan söz açıb.

Asif Əsgərov rayon bələdiyyəsi, onun fəaliyyətindən də söz açaraq bildirmişdir ki, bələdiyyə rayondakı abadlıq, sosial quruculuq işlərində yaxından iştirak edir, rayon İcra Hakimiyyəti ilə birgə vacib sosial layihələri reallaşdırırlar. O, həmçinin qarşıda duran vəzifələr barədə məlumat vermişdir.

Ölkəmizdə səfərdən mənmunluq hissi keçirdiyini deyən Türkiyə Respublikası Kojaeli-İzmit Bələdiyyəsinin başçısı cənab Nevzat Doğan Azərbaycanın inkişafından qürür duyduğunu söylədi. O, təmsil etdiyi bələdiyyə ilə Bakı şəhəri Nəsimi bələdiyyəsi arasında dastluq və qardaşlıq münasibətlərinin yaradılmasının vacibliyindən danışdı. Bildirilib ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkşafında hər iki tərəf maraqlıdır: “Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artırması deməkdir. Ona görə də buiki dövlətin münasibətlərinin beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkşafı zəruridir”.

Görüşdə Türkiyə Respublikasının İzmit bələdiyyəsi ilə Azərbaycan Respublikası Bakı şəhər Nəsimi bələdiyyəsi arasında «Qardaşlaşmış bələdiyyə münasibətlərinin yaradılması haqqında» niyyət protokolu imzalandı. Protokolu İzmit bələdiyyəsi tərəfindən bələdiyyənin başqanı Nevzat Doğan, Bakı şəhər Nəsimi bələdiyyəsi tərəfindən bələdiyyənin sədri Nazim Qaraxanov imzaladılar.

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olundu.

Sonra qonaqlar şəhərin görməli yerlərində oldular, paytaxtımızın gözəlliyinə vurğun olmalarını bildirdilər.

 

www.yenicag.az

697