!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin anti-terrror qərarı sırasında Pentaqona İŞİD sənədi: "Yenidən gücləniblər"

!Reklam – Yazi

Türkiyənin Suriyanın Şimal bölgələrində əməliyyatlara başlamaq planları barədə əvvəl xəbər vermişdik.

Lakin, əməliyyatlar başlamamış bölgədə aylardır heç bir aktivliyi olmayan İŞİD təhlükəsi yenidən canlanıb.

Bu barədə məlumatı isə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yayıb.

Belə ki, Pentaqonun baş müfəttişi Konqress üçün hazırladığı sənəddə, məhz ABŞ-ın Suriyadan çəkilməsinin ardından bölgədə passiv rejimə keçmiş, qismən məğlub edilmiş İŞİD militantlarının yenidən aktivləşdiyini, yeni qruplar yaradaraq hərbi əməliyyatlara başladığını iddia edib. Sənəddə həmçinin, İŞİD-in Suriya paytaxtı Rakkanı itirməsinə baxmayaraq, sözügedən ölkə və İraqda yerli güclərin zəifliyindən istifadə etdiyi bildirilib. İŞİD-in təkcə Suriyada deyil, həmçinin İraqda da əməliyyatlar aparmaq təhlükəsi qeyd edilib. Bölgədəki ABŞ əsgərlərinin əraziyə nəzarət və müttəfiqlərinə məsləhət verməsinin çətinləşdiyi də diqqətə çatdırılıb.

Təzad ondan ibarətdir ki, bir müddət əvvəl, Prezident Donald Tramp Suriyadakı İŞİD təhlükəsinin tamamiylə aradan qaldırıldığını söyləyib. O hətta iddia edib ki, İŞİD-in işğal etdiyi bütün torpaqlar geri qaytarılıb. ABŞ əsgərlərinin Suriyadan çıxarılma səbəbi kimi də məhz mövcud İŞİD təhlükəsinin aradan qaldırılması göstərilib. Çünki, ABŞ əsgəri bölgəyə elə bu məqsədlə daxil olmuşdu.

Xatırlatmaq yerinə düşür ki, İŞİD-ə qarşı aparılan mübarizə sona çatdığı zaman bölgədə 3 min ABŞ əsgəri var idi və bu gün bölgədə qalan əsgərlərin dəqiq sayı bilinmir.

Ən maraqlı məqam isə, İŞİD-in yenidən canlanmasının Türkiyənin Suriyanın Şimalında hərbi əməliyyatlar planlaması ilə üst-üstə düşməsidir.

2018-ci ilin dekabrında ABŞ yuxarı dairələri ordunun Suriyadan çıxarılması barədə qərar qəbul etdi. Bu qərardan qısa zaman sonra o dövrün ABŞ Müdafiə naziri Xames Mattis istefa verdi. Bir neçə ay əvvəl isə, Tramp bölgəyə uzaq olduqlarını, Suriyanın Türkiyə, Rusiya, İran və İraq kimi ölkələrlə birlikdə öz daxili problemlərini həll etmək iqtidarında olduğunu əsas gətirərək bölgədən çıxmaq qərarının icra ediləcəyini bildirmişdi.

BMT açıqlamalarına əsasən, İŞİD militantlarının ümumi sayı 100 ölkədən gələn könüllülərlə birlikdə 40 mini keçib. Bu qoşunun bir hissəsi İraqda, qalan hissələr isə Suriyada məskunlaşıb. ABŞ rəhbərliyindəki “Beynəlxalq İŞİD-lə mübarizə koalisiyası”nın məlumatına görə, 40 minlik İŞİD qoşununun böyük əksəriyyəti döyüşlər zamanı məhv edilib və ya saxlanılıb.

Türkiyə tərəfi isə, cənub sərhədlərinin məhz Suriyanın şimalından gələn terror təhlükəsinə görə təhlükədə olmasını əsas gətirərək bölgədə hərbi əməliyyatlara başlayacağını bəyan etmişdi. Hələ bir neçə gün əvvəl bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. Onun sözlərinə görə, bölgədəki terrorçu qruplaşmalar məhz Türkiyənin müttəfiq bildiyi ölkələrdən alınan silahlarla güclənib.

Hşim Səhrablı 

www.yenicag.az

1056
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv