Türkiyənin Azərbaycana təyin olunan yeni səfirindən ilk AÇIQLAMA

media-hightechnic-468x90

“Prezidentimizin qərarı ilə Türkiyə Maarif Fondununun Himayədarlar Heyətinin Daimi üzvlüyündən dost və qardaş ölkə Azərbaycana səfir təyin olundum”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri Cahit Bağçı tvitterdə yazıb.

“Bizi bu qürurverici və şərəfli vəzifəyə layiq görən cənab Prezdentmizə təşəkkürlərimi bildirirəm”, – səfir bildirib.

Cahit Bağçı daha sonra bu vəzifəyə təyin olunmasına dəstək verdiyi üçün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna təşəkkür edib:

“Əsaslı dostluq və qardaşlıq ruhu, şövqlə işçi arı kimi işləyəcəyik. Allah vəzifəmizi üzüağ yerinə yetirməyi nəsib eləsin”.

Qeyd edək ki, aprelin 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu Azərbaycana yeni səfir təyin edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05