!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin daxili işlər naziri: "Kahramanmaraşda 110 681 bina tikiləcək"

!Reklam – Yazi

“Kahramanmaraşda 110 681 bina tikiləcək”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bu gün Kahramanmaraşda səfərdə olarkən deyib.

Nazir bildirib ki, onların əsas məqsədi müvəqqəti sığınacaq mərkəzlərində qalan vətəndaşları konteynerlərə aparmaq və daimi yaşayış yerləri ilə təmin etməkdir.

Kahramanmaraşda zərərin qiymətləndirilməsi işlərinin tamamlandığını qeyd edən Yerlikaya 6 fevralda baş verən 100 illik fəlakətdən 125 gün keçdiyini vurğulayıb:

“O gündən bu yana görülən işləri araşdırmaq üçün buradayıq. Koordinasiya toplantımızı keçirdik. Kahramanmaraşda zərərin qiymətləndirilməsi işləri artıq tamamlanıb. Ziyan dəymiş ümumi 558 219 bina sökülüb. Növbəti 4 ay ərzində isə ağır ziyan dəymiş 29 601 binanın söküntüsü tamamlanmalıdır”.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

COP29

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv