Nüşabə Ələsgərli: “İndiki gənclər daha ayıqdır, biz isə…”
“İndiki gənclər daha ayıqdır”.
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli “Axşam 7-də” verilişində deyib.
O, indiki gənc ifaçıların sənətlə bərabər maddiyyatı da düşündüklərini bildirib:
“İndiki gənclər istedadlıdır, yaxşı da oxuyurlar, amma tək istedadla deyil. Onlar üçün istedadla yanaşı maddiyyat da önəmlidir. Biz isə vaxtilə bu sənətə gələndə maddiyyatı, toyu düşünməmişik. Mən uşaq vaxtı ölürdüm oxumaqdan ötrü, səhərdən axşama kimi oxuyurdum. Təzə nə mahnı çıxırdısa, öyrənirdim, bütün mahnıları bilirdim. Amma indiki gənclər daha ayıqdır. Həm oxuyurlar, həm də kommersiyanı düşünürlər”.
Nehru













