Türkiyənin müdafiə naziri Azərbaycan səfirini qəbul etdi

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin Türkiyəyə yeni təyin olunmuş hərbi attaşesi, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Zeynalovla bərabər Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərlə görüşüb.

Yenicag.az xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin yüksələn xətlə inkişafına diqqət çəkilib.

İki ölkə arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, müdafiə sahəsindəki yeni əməkdaşlıq fürsətləri müzakirə edilərək bu sahədə inkişafdan məmnuniyyət ifadə edilib.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın yeni təyin olunan hərbi attaşesinin hərbi sahədə ikitərəfli münasibətlərə töhfə verəcəyinə əminliyini bildirərək general-mayor Z.Zeynalova fəaliyyətində uğurlar arzulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600