!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyənin regional proseslərdə aktiv rol oynaması Fransanı xeyli qıcıqlandırır” - Politoloq

!Reklam – Yazi

“Fransanın xüsusilə, son dövrlərdə yürütdüyü siyasət onu beynəlxalq müstəvidə dalana dirəyib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Fransanın paytaxtı Paris meriyasının Dağlıq Qarabağdakı erməni separatçı rejimini tanımağa hazırlaşdığı barədə yayılan məlumatları şərh edən politoloq Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəyli qeyd edib ki, Paris meriyasının belə bir addım atsa belə, Fransa məhkəmələri o qərarı ləğv edəcək:

“Əvvəla, hansısa şəhərin atacağı qeyri-qanuni addımın heç bir hüquqi əsası yoxdur. Bundan öncə də oxşar presedentlər olmuşdu və Fransa məhkəmələri separatçı rejimlə əməkdaşlıq etmək istəyən şəhərlərin imzaladığı protokolların ləğvinə hökm vermişdi. O baxımdan, həmin məhkəmələrin işləri də presedent sayılır.

Fransa məhkəməkəri də oxşar presedenti və həmçinin həmin ərazilərin beynəlxalq səviyyədə Azərbaycan Respublikasının ərazisi olduğunu nəzərə alaraq, qərarı ləğv etməlidir. Bunun alternativi yoxdur”.

Politoloqun fikrincə, bütün cəhdlərinə baxmayaraq, Fransanın supergücə çevrilmək potensialı yoxdur:

“Məsələnin siyasi tərəfinə keçək. Təbii ki, rəsmi Paris bu istiqamətdə bir neçə səbəbdən addımlar atmağa çalışır. Burada ən önəmli məqam ondan ibarətdir ki, Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı üçtərəfli bəyanatla münaqişə başa çatdı və beləliklə, faktiki olaraq, Fransanın əli Cənubi Qafqazdan üzüldü.

Fransa Makron hakimiyyətə gəldikdən sonra özünün ənənəvi təsir dairəsinə malik ölkələrdən də əlini üzüb. Çünki bu ölkənin xüsusilə, son dövrlərdə yürütdüyü siyasət onu beynəlxalq müstəvidə dalana dirəyib. Digər tərəfdən, Fransa o imkan və potensialın sahibi deyil ki, özünü dünya gücü hesab edə bilsin. Baxmayaraq ki, bu ölkə İkinci Dünya Müharibəsinin nətəicəsinə uyğun olaraq və həm də layiq olmadığı halda BMT Təhlükəsizlik Şurasının daimi üzvünə çevrilib. Ona görə də, Fransa ayaqlarını altına yığıb Avropa qitəsində, öz yerində oturmalıdır.

Bundan başqa, Türkiyənin fəallığı, proseslərdə aktiv rol oynaması onu ciddi rəqib qismində görən Fransanı xeyli qıcıqlandırır. Eyni zamanda, Türkiyə-Rusiya münasibətlərinin daha da möhkəmlənməsi baş verə bilər ki, bu da Fransanı narahat edən amillərdən biridir.

Burada mühüm amillərdən biri də Fransa prezidenti Makronun Ermənistanın baş naziri Paşinyana olan xüsusi sevgisidir. Nəzərə almaq lazımdır ki, onların hər ikisi eyni qlobal bank-maliyyə – Soros, Rotşild və sairə – sisteminin təmsilçiləridir. Bu səbəbdən, Fransa nəyin bahasına olursa-olsun, prosesdə rol almağa çalışır”.

Elçin Mirzəbəyli bu fikirdədir ki, Paris meriyasının separatçı rejimi tanımaqla bağlı qəbul edə biləcəyi qərarın heç bir effekti ola bilməz:

“Bildiyiniz kimi, üçtərəfli müqavilə ilə Fransa Minsk Qrupunun həmsədri kimi ofsayda qalıb. Bu baxımdan, illərdən bəri diplomatları vasitəsilə bölgədəki proseslərdə bu və ya digər şəkildə iştirak edən Fransa indi mövqelərini itirməsi ilə barışmaq istəmir.

Düşünürəm ki, Paris meriyasının hansı qərar qəbul etməsindən asılı olmayaraq, bunun proseslərə heç bir təsiri olmyacaq. Əksinə, bu addım Fransanın özünə ciddi problemlər yaradacaq. Fransa bununla nəinki Cənubi Qafqaza təsir imkanlarını itirəcək, ümumiyyətlə, bölgədə əməkdaşlıq imkanlarını da tamamilə əldən verəcək”.

Aqil Bəkir

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv