Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Türkiyənin Təhsil naziri Ziya Selçuk TUDİFAK-da - FOTO

Ölkəmizə səfər edən Türkiyənin Milli Təhsil naziri, Prof. Dr Ziya Selçuk oktyabrın 12-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsində (TUDİFAK) olub.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqan, Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin müdiri Eylem Gültəkin və digər qonaqların da iştirak etdiyi görüşdə Türkiyənin Milli Təhsil nazirini salamlayan TUDİFAK-ın dekanı, Prof. Dr Hayati Beşirli bu günün fakültənin taixində əlamətdar günlərdən biri kimi qalacağını bildirib.

Sonra fakültənin müəllim və tələbələri qarşısında çıxış edən Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk öncə Türk Dünyası Araşdırmaları Vəqfinin qurucu başqanı rəhmətlik Turan Yazqan tərəfindən əsası qoyulan TUDİFAK-da olmaqdan məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında səmimi, dost və qardaş münasibətlərdən söz açan nazir, iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, hazırda Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində çoxsahəli və inkişaf etmiş əlaqələr mövcuddur.

Çıxışında fakültənin müəllimlərinə bir sıra tövsiyələr də verən nazir onların tələbələrə qarşı daha diqqətli olmalarının, tələbələrin həyatı və elmi fəaliyyəti ilə daha yaxından maraqlanmalarının vacibliyini önə sürüb. Türkiyəli nazir deyib ki, bu, gələcək inkişaf baxımından da müsbət nəticə verə bilər.

2040-cı ildə təhsil sahəsində çox önəmli dəyişikliklərin olacağını bildirən nazir “Biz bu dəyişikliklərə hazır olmalıyıq. Bunun üçün də təhsili, təhsil texnologiyalarını məhz buna uyğun olaraq yeniləməliyik!” deyib, bu istiqamətdə atılması vacib olan addımlar barədə danışıb.

www.yenicag.az

776
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM