Türkiyənin "toyuq qadağası" Azərbaycan bazarına necə zərbə vuracaq? — BAHALAŞMA QAPIDADIR?

media-hightechnic-468x90

Türkiyənin qadağasının Azərbaycanın quş bazarına TƏSİRİ: Bahalaşma GÖZLƏNİLİRMİ?

Ramazan ayı ərəfəsində Türkiyə hökumətinin toyuq əti və toyuq məhsullarının ixracına qoyduğu məhdudiyyət Azərbaycanın quş bazarına necə təsir edəcək?

Mövzunu Yenicag.az-a şərh edən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirib ki, qardaş ölkənin bu qərarı yerli quş bazarından təsirsiz ötüşməyəcək:

media-akif-nesirli-2

“Türkiyənin quş əti ixracını dayandırması Azərbaycanda toyuq ətinin qiymətlərinə müəyyən dərəcədə təsir göstərə bilər. Lakin bu, avtomatik və kəskin bahalaşma demək deyil. Azərbaycanın quş əti bazarı böyük ölçüdə yerli istehsal hesabına təmin olunur və daxili istehsal potensialı kifayət qədər güclüdür. Məhz bu amil qiymətlərin sabit qalması üçün əsas təminatdır.

Eyni zamanda, Türkiyə Azərbaycana quş əti ixrac edən əsas tərəfdaşlardan biri olduğu üçün, tədarükdə yaranan boşluq qısa müddətdə bazarda psixoloji gərginlik yarada və bəzi hallarda qiymətlərin müvəqqəti artmasına rəvac verə bilər. Xüsusilə emal olunmuş məhsullarda və ya müəyyən xarici markaların mallarında bu artım daha çox hiss oluna bilər”.

Ekspert idxalın bərpası gecikərsə və alternativ ölkələrdən tədarük vaxtında təşkil olunmazsa, xərclərin artma ehtimalını da istisna etməyib:

“Lakin dövlətin ehtiyat mexanizmləri, yerli istehsalın stimullaşdırılması və alternativ idxal imkanları qiymət artımının qarşısını almaq üçün əsas alətlərdir. Yekun olaraq demək olar ki, qısa müddətli perspektivdə ciddi bahalaşma ehtimalı yüksək deyil, lakin burada bazar iştirakçıların davranışı həlledici rol oynayacaq”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05