2024-ci ilin iyununda Türkiyəyə 5 milyon 860 min 446 xarici vətəndaş səfər edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 4,95 faiz çoxdur.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
Nazirliyin məlumatında qeyd edilir ki, iyunda Türkiyəyə 871 min 613 Rusiya vətəndaşı səfər edib. Bu, ölkəyə gələn əcnəbilərin 14,87%-ni təşkil edir. Almaniya 10,49% (614 727 nəfər) ilə ikinci, 9,62% (563 836 nəfər) ilə İngiltərə (Birləşmiş Krallıq) üçüncü yerdədir. İngiltərədən (Birləşmiş Krallıq) sonra Polşa və İran gəlir.
Həmçinin, 2024-ci ilin yanvar-iyun aylarında 21 milyon 644 min 659 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,33 faiz çoxdur.
Hesabat dövründə Türkiyəyə 2 milyon 688 min 924 Rusiya vətəndaşı səfər edib ki, bu ümumi xarici vətəndaş ziyarətlərində 12,42%-lə ən yüksək göstəricidir. Müvafiq olaraq, Almaniya 11,40% (2 467 162) ilə ikinci, 8,19% (1 773 427) ilə İngiltərə (Birləşmiş Krallıq) üçüncü yerdədir. İngiltərədən (Birləşmiş Krallıq) sonra İran və Bolqarıstan gəlir./tns
www.yenicag.az