!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəyə olunan yardımların ümumi miqdarı - RƏQƏMLƏR

!Reklam – Yazi

“Əsrin fəlakəti” olaraq xarakterizə edilən Türkiyədə baş verən zəlzələ bölgələrinə ilk başda Azərbaycan olmaqla bir çox dünya ölkəsindən yardım toplanıb.

Yenicag.az qardaş ölkəyə göndərilən yardımların siyahısını təqdim edir:

1) Zəlzələ baş verdikdən sonra qısa müddət ərzində Bakıdan Türkiyəyə 35 TIR yardım göndərilib.

2) “SOCAR Türkiyə” şirkəti fəlakətdən zərərçəkənlərə ehtiyaclarını ödəmək üçün 20 milyon TL ( 2 milyon manata yaxın) yardım göstərib.

3) Faciə baş verdiyi dövrdən sonra bir neçə gün ərzində FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir.

4) “Kontakt” zəlzələdən zərər çəkən Türkiyə əhalisinə dəstək məqsədilə toplam 350 000 TL yardım göndərib.

5) “İrşad Electronics” Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna 200.000 TL maddi yardım göndərib.

6) “Kapital” bankın yardım aksiyasına cəmi bir gün ərzində 200 000 manatdan çox vəsait toplanılıb.

Əlavə olaraq bir çox dünya ölkələrindən də Türkiyəyə humanitar-maddi yardımlar dayanmır.

1) Finlandiya Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Qəhrəmanmaraşda baş verən zəlzələlərdən sonra 3000 nəfərə sığınacaq yardımı edilib.

2) Səudiyyə Ərəbistanından 7 təyyarə və 95 nəfərlik axtarış-xilasetmə qrupu, 55 tibb işçisi və Səudiyyə Qızıl Ayparası yola düşərək zəlzələ bölgəsinə gəlib.

3) Kanada Human Concern International (HCI)-ın başlatdığı yardım aksiyasına 1,6 milyon dollar toplanıb.

4) İordaniya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada zəlzələ qurbanları üçün 480 çadırın olduğu iki hərbi təyyarənin Adanaya göndərildiyi, zəlzələdən zərər çəkənlər üçün hazırlanan 10 min çadırın da mərhələli şəkildə göndəriləcəyi bildirilib.

5) Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyəyə 33 min nəfərlik çadır göndərib.

6) Pakistanlı general-leytenant İnam Heydər Malik bildirib ki, Pakistan Beynəlxalq Hava Yolları (PİA) tərəfindən Türkiyəyə yorğan və qış çadırları daxil olmaqla 5 ton yardım materialı göndərilib. Bundan başqa gəmi ilə 162 ton, yük maşınları ilə isə 447 ton yardımın göndərildiyini bildirib. Malik 195 ton iki qatlı çadır və 1600 ton qida paketinin hazırlandığını və bu materialların yaxın günlərdə Pakistan Hərbi Dəniz Qüvvələrinə aid yük maşınları və gəmilərlə yola düşəcəyini vurğulayıb.

7) Özbəkistandan 100 nəfərlik axtarış-xilasetmə qrupu zəlzələ bölgəsində işlərdə iştirak edərkən, 71 Özbəkistan səhiyyə işçisi isə onların yaratdığı səhra xəstəxanasında çalışır.

8) Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Nazirlər Kabinetinə dağıdıcı zəlzələdən zərər çəkən Türkiyəyə təcili yardım göstərmək üçün 1 milyon dollar ayırmağı tapşırıb.

9) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) zəlzələnin fəsadları ilə mübarizə işində Türkiyə və Suriyaya dəstək olmaq üçün Fövqəladə Hallar üzrə ehtiyat fondundan 3 milyon dollar ayırıb.

Qeyd: Türkiyəyə göndərilən yardımlar durmadan artdığı üçün verilən siyahıda göstərilən rəqəmlər hər an yenilənə bilər.

Nəsimi Ələsgərli

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv