Türkiyəyə qaz ixracı 44% artır

media-hightechnic-468x90

Bu ilin yanvar-may aylarında Azərbaycandan Türkiyəyə 3 759,1 mln. kubmetr təbii qaz ixrac edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Enerji Bazarı Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Bu ilin beş ayında ixrac edilən qazın həcmi ötən ilin müvafiq dövründən 43,7% çoxdur.

Cari ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 808,36 mln. kubmetr, fevral ayında 683,23 mln. kubmetr, mart ayında 772,64 mln. kubmetr, aprel ayında 724,88 mln. kubmetr, may ayında isə 770 mln. kubmetr qaz ixrac edilib.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600