Türkmənistan Bakı ilə memorandumu təsdiq etdi

media-hightechnic-468x90

Türkmənistan Məclisi “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunu təsdiq edib.

Yenicag.az Report-a istinadla xəbər verir ki, müvafiq memorandum Türkmənistan parlamentinin altıncı çağırışının videokonfransla keçirilən on üçüncü iclasında qəbul edilib.

Qeyd edək ki, Anlaşma Memorandumu 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində hər iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanıb.

“Dostluq” yatağının karbohidrogen resursları tərəflər arasında 30 % Azərbaycana, 70 % Türkmənistana nisbətdə bölüşdürüləcək.

“Dostluq” yatağından çıxarılmış, beynəlxalq bazarlara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması Azərbaycanın mövcud olan nəqliyyat-tranzit sistemlərinin istifadə edilməsi ilə rəqabət qabiliyyətli şərtləri əsasında və beynəlxalq neft-qaz sənayesində qüvvədə olan normalara və təcrübəyə uyğun olaraq həyata keçiriləcək.

Bu konteksdə tərəflər karbohidrogen resurslarının beynəlxalq bazarlara nəqli sahəsində ən səmərəli beynəlxalq əməkdaşlıq formalarını istifadə edəcəklər.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600