TürkPA-nın uğuru hər bir dövlətin uğurudur

media-hightechnic-468x90

downloadTürkPA fəaliyyət göstərdiyi ötən 5 il ərzində dünyanın nüfuzlu təşkilatlarından birinə çevrilib.

Bunu iyunun 13-də TürkPA-nın 5-ci plenar iclasının açılışında Milli Məclisin sədri Oqtay Əsədov bildirib.
Onun sözlərinə görə, TürkPA hazırda dünyanın və Avropanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq edir.

O.Əsədov bildirib ki, konkret olaraq TürkPA ATƏT Parlament Assambleyasında müşahidəçi statusunda fəaliyyət göstərir, bundan başqa MDB Parlament Assambleyası, Avropa Parlamenti və digər qurumlarla əməkdaşlıq edir: “TürkPA-nın 5-ci plenar iclasında aparılacaq fikir mübadiləsi, qəbul ediləcək qərarlar bu qurumun qarşısına qoyduğu vəzifələrin yerinə yetirilməsində müsbət rol oynayacaq. Onun fikrincə, ümumiyyətlə, TürkPA-nın uğuru bu quruma daxil olan hər bir dövlətin uğurudur”

Milli Məclisin sədri həmçinin Azərbaycan dövləti TürkPA-nın üzvü kimi müstəqillik əldə etdiyi 23 il ərzində keçdiyi böyük inkişaf yolundan və Ermənistan tərəfindən işğala məruz qalmasından danışıb: “Azərbaycan büdcəsinin həcmi 19 dəfədən çox artaraq 20 milyard manata və yaxud 25 milyard dollara çatıb. Ötən illər ərzində Azərbaycanda bütün sahələr üzrə 155 milyard sərmayə qoyulub. Hazırda ölkənin valyuta ehtiyatları 50 milyardı ötüb keçib.

Ancaq bununla belə Azərbaycan uzun illərdir ki, Ermənistanın təcavüzündən və işğalçılıq siyasətindən əziyyət çəkir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunub, 1 milyon insan qaçqın və köçkün vəziyyətinə düşüb. Biz ümid edir və inanırıq ki, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ədalətli həlli digər münaqişələrin də həllinə də öz müsbət təsirini göstərəcək”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600