2018-ci ildə Azərbaycanda 62,7 milyon manat həcmində tütün məmulatlarının istehsalı gözlənilir.
Yenicag.az-ın məlumatına görə, bu barədə 2019-cu və növbəti üç il ərzində Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyası və proqnoz göstəricilərində deyilir.
Proqnozlara əsasən, növbəti illərdə tütün məmulatlarının istehsalı artacaq. Belə ki, 2019-cu ildə bu göstəricinin 76,9 milyon manat, 2020-ci ildə 94,4 milyon manat, 2021-ci ildə 115,7 milyon manat, 2022-ci ildə isə 141,7 milyon manat olacağı gözlənilir./Trend/
2022-ci ilədək tütün məmulatlarının istehsalı üzrə proqnozlar:
2017 | 2018 | 2019 | 2020 | 2021 | 2022 | |
Fermetləşdirilmiş tütün (ton) | 3415,9 | 3286,7 | 4108,3 | 5135,4 | 6419,3 | 8024,1 |
Papiroslar və siqaretlər (milyon ədəd) | 1241,4 | 2550,0 | 2932,5 | 3372,0 | 3878,0 | 4460,0 |
www.yenicag.az