Üç ölkə Lavrova görə hava məkanını bağladı

media-hightechnic-468x90

Rusiya xarici işlər naziri Sergey Lavrovun 6-7 iyun tarixlərində Serbiyaya planlaşdırılan səfəri baş tutmaya bilər.

Yenicag.az xəbər verir ki, bu barədə Serbiyanın “Veçerne novosti” qəzeti məlumat yayıb.

Buna səbəb Bolqarıstan, Şimali Makedoniya və Monteneqronun hava məkanlarını Rusiya xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün bağlamasıdır.

Serbiya Baş naziri Anna Brnabiç deyib ki, Sergey Lavrovun səfəri ilə bağlı xüsusi mürəkkəb vəziyyət yaranıb. Baş nazir hazırda Prezident Aleksandr Vuçiçin Rusiya xarici işlər nazirinin səfəri üzərində çalışdığını, Rusiya, ABŞ, Almaniya və Avropa İttifaqının nümayəndələri ilə danışıqlar apardığını yazıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.02.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa