Üç yanacaq növü ilə işləyən avtomobil satışda - Dünyada ilk

media-hightechnic-468x90

Yaponiyanın “Toyota Motor Corp.” şirkəti Braziliyada istehsal etdiyi ilk hibrid mühərrikli avtomobilini satışa çıxaracağını elan edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Reuters agentliyindən verilən məlumata görə, şirkət dünyada ilk dəfə olaraq üç yanacaq növü – elektrik, etanol və qazla işləyən mühərriklə təchiz olunmuş “Corolla” modelini hazırladığını bildirib. “Toyota”nın yeni avtomobilləri nəhəng zavodun yerləşdiyi Braziliyadan dünyanın digər ölkələrinə ixrac ediləcək. Bu ölkədə zavodları olan başqa avtomobil şirkətləri, o cümlədən “General Motors” və “Volkswagen AG” isə yaxın vaxtlarda bu cür avtomobillərin istehsalını nəzərdə tutmadıqlarını bəyan ediblər.

“Toyota”nın bu planı San-Pauloda keçirilən mətbuat konfransında elan edilib. Şirkət Braziliyanın bu ştatında 254 milyon dollar başa gələcək daha bir zavod tikəcəyini də açıqlayıb./bakupost/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05