Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

media-hightechnic-468x90

Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başlayıb.

media-banner_tuq

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində keçirilən toplanışın ilkin mərhələsində şəxsi heyətin müvafiq qeydiyyat işləri aparılıb. Həkim müayinəsidən keçmiş hərbi vəzifəlilərə hərbi geyim və digər zəruri təminat vasitələri verilib.

Ehtiyatdan çağırılmış hərbi vəzifəlilərə təlim toplanışı müddətində Azərbaycan Ordusunun arsenalında olan silah və hərbi texnikalardan istifadə qaydaları, müasir dövrün tələblərinə uyğun döyüşaparma və özünümüdafiə üsulları öyrədiləcək, həmçinin real döyüş şəraitinə uyğun taktiki hazırlıq məşğələləri və digər təlimlər keçiriləcək.

Aprelin 28-nə qədər keçiriləcək təlim toplanışının əsas məqsədi iştirakçıların hərbi hazırlığının və nəzəri biliklərinin artırılması, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05