Ucarda üç maşın toqquşub

media-hightechnic-468x90

загруженное (21)Ucarda baş verən zəncirvari qəzada 4 nəfər ağır xəsarət alıb.

Hadisə bu gün axşam saatlarında Baki- Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində baş verib.

“KamAZ” markalı yük maşını “Hyundai” və “VAZ-2106” markalı minik avtomobillərinə çırpılıb. Nəticədə Bakı şəhər sakini, 58 yaşlı Qafarova Müşabə Süleyman qızı və onun nəvəsi, 3 yaşlı Qafarova Səma Cabir qızı, Laçın rayon sakinləri 47 yaşlı Rzayeva Mətanət Qalib qızı və 16 yaşlı Qədirzadə Ayxan Nazir oğlu bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600