Lahıc-Burovdal avtomobil yolunda HƏRƏKƏT BƏRPA OLUNUB

media-hightechnic-468x90

Lahıc-Burovdal avtomobil yolunda hərəkət bərpa olunub.

media-banner_tkm

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Yenicag.az-a verilən məlumata görə, Lahıc-Burovdal avtomobil yolunun hərəkət hissəsi qaya parçalarından təmizlənərək hərəkət bərpa olunub.

***

İsmayıllı-Lahıc avtomobil yolunda baş verən qaya uçqunu səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.

Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.

Yolun qaya parçaları və daşlardan təmizlənməsi məqsədilə əraziyə səhər saatlarından etibarən ağır texnika cəlb olunub. Hazırda yolun qısa müddətdə yenidən istifadəyə verilməsi üçün təmizləmə və bərpa işləri aparılır.

media-mibi2moj1mlcpswwccvvj19z5xthmenjhw11fhpn_640 media-fhnfi5xecbgocimhpm79gqrrtxgmrtcsw8hkfng6_640 media-s8ewnvffzbk4qk7xd7rtgcmli7gzhensyazg4e5q_640 media-mzxmi3hmk3npmv2u1bgrturi7tiefgksqykmtr4h_1200

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05