“Mitinqin növbəti günlərində isə iştirakçılardan biri üçrəngli bayrağımızı Leninin heykəlinin qoluna keçirmişdi”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında 1988-ci ilin noyabrında – möhtəşəm Meydan Hərəkatı dövründə üçrəngli bayrağımızın ilk dəfə meydana gətirilməsi haqda xatirəsini bölüşən Xalq yazıçısı Sabir Rüstəmxanlı deyib.
Sabir Rüstəmxanlının sözlərinə görə, meydana gətirilən üçrəngli bayrağımız sovet bayraqlarını meydandan “sıxışdırdı”:
“Azərbaycanda bolvevik işğalından sonra üçrəngli bayrağımız ilk dəfə kütləvi surətdə 1988-ci il Meydan Hərəkatı zamanı qaldırıldı. O mitinqlərin ilk günlərində meydanda əsasən, sovet Aəzrbaycanının bayrağı dalğalanırdı.
Bildiyiniz kimi, mən o günlərdə mitinqi idarə edənlərdən biri idim. Milli bayrağımızın meydana gətirildiyini gördükdə, dedim ki, bu üçrəngli bayraqdan başqa bütün digər bayraqlar yığışdırılsın. Belə də oldu.
O zaman Azadlıq Meydanında Leninin heykəli var idi. Mitinqin növbəti günlərində isə iştirakçılardan biri üçrəngli bayrağımızı Leninin heykəlinin qoluna keçirmişdi. Sanki üçrəngli bayrağımızı Leninin özü dalğalandırırdı…
O vaxtdan başlayaraq, üçrəngli bayrağımız yüksəldi və bir daha enmədi. Üçrəngli bayrağımız əvvəlcə 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasının, 1991-ci ilin fevralında isə hələ SSRİ-nin tərkibində olan Azərbaycanın dövlət bayrağı statusu aldı.
-ci il oktyabrın 18-də müstəqilliyimizin bərpası ilə qürurumuz olan milli bayrağımız artıq azad Azərbaycanın dövlət bayrağıdır və şərəflə dalğalanır.
Milli bayrağımızı bu günümüzə qədər gətirmək, onu layiq olduğu zirvələrə qaldırmağın yolu çox məşəqqətli olub. O bayrağın enməsinə imkan verməməliyik və verməyəcəyik”.
Aqil Bəkir
www.yenicag.az