!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üçtərəfli birgə təlimlərin məqsədi: “Cənubi Qafqaz terror təhlükəsinin böyük olduğu regiondur”

!Reklam – Yazi

“Türkiyə, Azərbaycan və Gürcüstan xüsusi təyinatlılarının birgə təlim keçirmələri zərurətdən irəli gəlir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında dünən başlayan “Qafqaz Qartalı -2019” Azərbaycan-Türkiyə-Gürcüstan birgə təlimlərini dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazovun sözlərinə görə, bu təlimlərin artıq ənənə halını alması müsbət qiymətləndirilməlidir:

“Üç ölkənin xüsusi təynatlılarının birgə təlimlərinin ənənə halını almasının təbii səbəbləri var. Çünki Cənubi Qafqaz regionu terror təhlükəsinin böyük olduğu bölgələr sırasındadır.

Azərbaycan, Türkiyə və Gürcüstanı birləşdirən, Qərbə uzannan neft və qaz kəmərləri, o cümlədən, digər komunikasiya vasitələrini qorumaq vəzifəsi bu ölkələrin güc strukturlarının üzərinə düşür.

Qeyd etmək lazımdır ki, Azərbaycan və Gürcüstanın bu sahədə Türkiyənin böyük təcrübəsindən yararlanması çox məqsədəuyğundur”.

Hərbi ekspert sözügedən təlimlərin digər ölkələrə qarşı yönəlmədiyini qeyd edib:

“Bu təlimlərin əsas məqsədi iştirakçı ölkələrin mümkün təhlükələrdən müdafiəsinin effektli təşkilidir. Unutmaq lazım deyil ki, Azərbaycanla Gürcüstanın ərazi bütövlüyü pozulub və bu məsələ hər zaman gündəmdədir.

Türkiyə isə uzun illərdir, terrorçu PKK-ya qarşı mübarizə aparır. Ona görə də, bu ölkələrin birgə hərbi təlimlər keçirmələri zəruridir və düşünürəm ki, bu əməkdaşlıq davamlı olacaq”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

4168
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv