!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ucuzlaşan rublun Azərbaycan iqtisadiyyatına təsiri: "İxracatçılar üçün problem yaranır"

!Reklam – Yazi

“Rusiyada alıcılıq qabiliyyətinin zəifləməsi Azərbaycan ixracatçıları üçün problemlərin artmasına yol açır”.

Bu sözləri Rusiyanın Ukrayna ərazisi olan Donbas və Luqanska hərbi müdaxilə qərarını qəbul etdikdən sonra rus rublunun sürətlə ucuzlaşmasına və bunun manata mümkün təsirlərini dəyərləndirən İqtisad Universitetinin professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Professorun fikrincə, rublun ucuzlaşması Azərbaycan ixracatçıları üçün mənfi təsirlərə malikdir:

“Rublun zəifləməsi müvəqqəti haldır. Rusiyanın təsir dairəsi və rublun imkanları artdıqca vəziyyət dəyişəcək. Yəni rubl bir qədər də güclənəcək. Əslində, Rusiyanın xarici ticarətində çox böyük müsbət saldo var. Ona görə də mövcud zəifləmələr spekulyativ kapitalın ölkədən çıxması ilə bağlıdır. Bu baxımdan rus rublu daha uzunmüddətli perspektivdə sabitləşəcək.

Rublun zəifləməsinin Azərbaycan iqtisadiyyatına təsirinə gəlincə, ölkəmiz üçün xoşagəlməz haldır. Çünki Azərbaycanın əsas qeyri-neft ixracatı bazarı kimi Rusiya nəzərdə tutulur. Rusiyada alıcılıq qabiliyyətinin zəifləməsi Azərbaycan ixracatçıları üçün problemlərin artmasına yol açır”.

Gülşən Şərif

www.yenicag.az

2079
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv