UEFA Türkiyə-Albaniya oyunu ilə skandal açıqlama yayıb.
Yenicag.az xəbər verir ki, UEFA Türkiyə millisinin vurulan qoldan sonra əsgər salamı verməsini araşdıracaqlarını bildirib.
UEFA mətbuat katibi Filip Tovnsend “ANSA” xəbər agentliyinə açıqlamasında bu hərəkətin sevinc, yoxsa provokasiya olmasını araşdıracaqlarını deyib.
Qeyd edək ki, dünən keçirilən “AVRO 2020″nin seçim turu çərçivəsində Türkiyə Albaniya üzərində son dəqiqələrdə vurulan qol ilə məğlub edib. Futbolçular qol sevincini əsgər salamı verərək qeyd edib.
Həşim Səhrablı
www.yenicag.az