UEFA-nın gəlirləri 4 milyardı keçəcək

media-hightechnic-468x90

UEFA-nın növbəti mövsümdə avrokuboklardan əldə etdiyi gəlir 4 milyard avronu keçəcək.

Yenicag.az xəbər verir ki, 2025/26 mövsümündə Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və UEFA Superkubokundan əldə olunan gəlir 4,4 milyard avro təşkil edəcək. Bu, ötən mövsümün göstəricisi ilə eynidir.

Yarışların təşkilati və inzibati xərcləri isə 387 milyon avro olaraq qiymətləndirilir.

Bütün xərclər çıxıldıqdan sonra 3,548 milyard avro xalis gəlir qalır. 231 milyon avro (6,5%) məbləğində vəsait Avropa futbolu üçün ayrılacaq. Qalan 3,317 milyard avro isə avrokubokların əsas mərhələsində iştirak edən klublar arasında bölüşdürüləcək.

3,317 milyard avronun 2,437 milyardı Çempionlar Liqası və Superkubok iştirakçılarına, 565 milyonu Avropa Liqasının komandalarına, 285 milyonu isə Konfrans Liqasının klublarına veriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600