Ukranada qızğın döyüşlər gedir
Ukraynanın Donetsk vilayətində ordu qüvvələri ilə separatçılar arasında döyüşlər yenidən qızışıb.
Bu barədə Ukrayna mətbuatı yazır.
Xəbərə görə, döyüşlər Donetsk hava limanı ətrafında gedir.
Donetsk sakinlərinin sözlərinə görə, bu gündən etibarən hava limanı separatçılar tərəfində “Qrad” və tanklardan atəşə tutulub.
Hazırda hava limanı ətrafında qızğın döyüşlərin getdiyi bildirilir.
Qeyd edək ki, Donetsk hava limanı Ukrayna ordusunun nəzarəti altındadır.
Xatırladaq ki, sentyabrın 5-də Minskdə münaqişə tərəfləri arasında atəşkəs rejimi barədə razılığa gəliblər. Bu gün isə Minskdə üçtərəfli görüşlər keçirilir. (anspress.com)












