Ukrayna 100 əsiri geri qaytardı

media-hightechnic-468x90

Ukrayna Rusiya Federasiyası ilə əsirlərin növbəti mübadiləsini həyata keçirib. Nəticədə 100 ukraynalı əsir vətənə qayıdıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat yayıb.

“Daha 100 ukraynalı öz evində, Ukraynadadır. Milli Qvardiyanın, sərhədçilərin, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri – əksəriyyət Mariupolun müdafiəçiləridir. Hamısı bizimdir, hər biri öz doğma torpağına qayıdır. Biz hər birinin üzərində işləyirik. Hamını geri qaytarana qədər dayanmayacağıq”, – deyə Zelenski bildirib.

Əsirlərlə Müalicə üzrə Koordinasiya Qərargahının məlumatına görə, bu dəfə xilas edilən hərbi qulluqçular arasında Ukrayna Milli Qvardiyasının 49 əsgəri, 25 sərhədçi, Ukrayna Silahlı Qüvvələrinin 26 hərbi qulluqçusu, o cümlədən 11 əsgər var./Azertag/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05