Ukrayna Azərbaycan dilində təşəkkür etdi

media-hightechnic-468x90

nmbmnbmnhjUkrayna Xarici İşlər Nazirliyi Azərbaycana bu ölkəyə verdiyi dəstəklə əlaqədar təşəkkür edib.

Təşəkkür Ukrayna XİN-in rəsmi “Tvitter” səhifəsində yerləşdirilib. Azərbaycan dilində yazılan müraciətdə deyilir: “Azərbaycanlı dostlarımız, dəstəyinizə görə sizə təşəkkür edirik!”

Qeyd edək ki, martın 27-də BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul olunub. Azərbaycan qətnamənin lehinə səs verib. Bundan əvvəl isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan Ukraynada stabilliyin bərpasına və problemlərin sülh yolu ilə çözülməsinə tərəfdardır. Nazirin sözlərinə görə, Azərbaycan Ukrayna ilə bağlı mövqeyini dəfələrlə ifadə edib: “Azərbaycan ərazi bütövlüyü məsələsinə hörmətlə yanaşır. Çünki ölkəmizin özü də təcavüzlə üzləşib və nəticədə Azərbaycan torpaqları işğal olunub”(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600