Yenicag.az müsavat-a istinadən bildirir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiyanı təcrid etmək cəhdləri həmişə Avropa üçün acı nəticələr verib.
Onun sözlərinə görə, Brüsselin Ukrayna məsələsindəki ikili standartları, baş verənlərin məsuliyyətini Rusiyanın üzərinə qoymaq cəhdləri, sanksiya kursuna sadiqlik Avropada sabitliyi pozub.
Lavrov qeyd edib ki, Avropanın məsləhətləri ilə hərəkət edən Ukrayna dağılmağın astanasındadır.
www.yenicag.az