!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna hərbçiləri bu ərazidən geri çəkildi – Mühasirəyə düşmək təhlükəsi

!Reklam – Yazi

Ukrayna Silahlı Qüvvələri (USQ) mühasirəyə düşməmək üçün Toretsk ətrafından geri çəkilib.

Yenicag.az xəbər verir ki, bu sözləri “Bild” nəşrinin hərbi analitiki, açıq məlumatların təhlili üzrə ekspert Yulian Röpke qeyd edib.

Onun sözlərinə görə, Donetsk vilayətinin Toretsk qəsəbəsinin cənub-qərbində rus qoşunları Ukrayna Silahlı Qüvvələrinin 2014-cü ildə inşa edilmiş istehkamlarını yaxın vaxtlara qədər aça bilmirdi.

Y. Röpke yazır ki, Rusiya Silahlı Qüvvələri şimaldan Zalizne, cənubdan isə Nyu-York kəndi vasitəsilə yandan keçməyə çalışırdı.

“Nəticədə Ukrayna mövqeləri üçün mühasirə təhlükəsi yarandığı hərbçilərin mühasirəyə düşməməsi üçün Ukrayna Silahlı Qüvvələri oradan geri çəkildilər. Rusiya işğalçı qüvvələri Nyu-Yorkun Ukraynanın nəzarətində olan mərkəzindən (keçmişdə 10 min sakinli kənd idi – red.) yan keçərək onun şimal-qərb kənarına doğru irəlilədi. Kəndin cənub-şərqində Ukrayna qoşunları mühasirəyə düşməmək üçün möhkəmləndirilmiş mövqelərindən (2014-cü ildən – red.) geri çəkildi”, – deyə o bildirib.
Bundan əlavə, alman mütəxəssis USQ-nin Kursk vilayəti istiqamətində həyata keçirdiyi sürpriz hücum barəsində də fikirlərini bölüşüb:

“Bu gün baş verənlərdən belə görünür ki, Ukrayna ordusu yaxın günlərdə Sudja qəsəbəsini keçirəcək və hətta onu gözlənilməz müddətə qədər saxlaya biləcək. Əgər bu baş verərsə, bu USQ-nin Rusiyanın Xarkov cəbhəsində mövqelərini darmadağın etməsinə və ya hətta gələcək danışıqlar üçün sövdələşmə kimi saxlaya bilməsinə yol aça bilər.

Eyni zamanda, Kiyevin administrasiyasının bu ərazilərə hücumu Rusiyanın Kurskdakı qoşunlarının özünə qarşı olan təzyiqini azaltmaq üçün yaxın ərazilərdə, məsələn, Sumi və ya Xarkovda daha çox sərhəd reydlərinə başlamaq riskini yaradır. Bundan əlavə, Ukrayna hər gün 30-40 texnika itirməsinin qarşısını almalıdır”.

Rafi Müslümov

www.yenicag.az

153
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv