Ukrayna iki daşın ARASINDA: "Zelenskinin geri addım atması..."
“Avropanın yardımları Ukrayna üçün kifayət qədər vacib məsələdir”.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyaya ərazi güzəştə getməklə sülhə razılaşması ehtimalından danışan politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.
Politoloq bildirib ki, Zelenski hər çıxışında ərazi bütövlüyü bərpa edilmədən sülhə getməyəcəyini dilə gətirir:
“Eyni zamanda, Avropa liderləri Zelenski ilə məsləhətləşmələr aparırsa, bu, Qərbin Ukraynaya dəstəyinin davam edəcəyini göstərir. Həmin yardımlar isə Ukrayna üçün kifayət qədər vacib məsələdir. Əgər Avropa təhlükəsizliyinin Ukraynadan asılı olduğunu bildirirsə və bunun üçün lazımi hər şeyi edirsə, Kiyevin geri çəkilməsi mümkünsüzdür. Zelenskinin yardımların davam etdiyi vaxtda geri addım atması hələ ki, real görünmür. Yalnız yardımlar dayanarsa, bu ehtimal özünü doğrulda bilər”.
Nəsimi Ələsgərli