Ukrayna Kurskda genişmiqyaslı hücuma başladı

media-hightechnic-468x90

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində genişmiqyaslı hücumu başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə yerli Teleqram kanalları rusiyalı hərbi müxbirlərə istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna qoşunları Kursk vilayətinin Sudja yaşayış məntəqəsindən Bolşoy Soldatskoyeyə doğru irəliləyirlər. Ukrayna Silahlı Qüvvələri ağır texnikadan fəal istifadə edir. Hücum texnika üçün əlverişli olan donmuş torpaqla əlaqələndirilir.

Rusiyanın Teleqram kanalları Rusiya müdafiə nazirinin müavini Yunusbek Yevkurovun Kursk vilayətində olduğu barədə məlumat yayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600