Ukrayna Müdafiə Nazirliyi səfərbərlik islahatı elan etdi

media-hightechnic-468x90

Ukrayna Müdafiə Nazirliyi hərtərəfli səfərbərlik islahatına başlayır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fyodorov öz “Telegram” kanalında məlumat verib.

“Hazırda kompleks (hərtərəfli) səfərbərlik islahatı üzərində işləyirik”, – deyə o yazıb.

Fyodorovun sözlərinə görə, ölkənin müdafiə qabiliyyətini qorumaqla illər ərzində yığılan problemləri həll etmək üçün sistemli həllin təklif edilməsi planlaşdırılır.

Ukraynada ümumi səfərbərlik 2022-ci ilin fevral ayında elan edilib və bir neçə dəfə uzadılıb. İlkin olaraq 27-60 yaş arası kişilər hərbi xidmətə çağırılırdılar, 2024-cü ilin aprelində isə səfərbərlik yaşı 25-ə endirilib. Həmin ilin 18 may tarixində səfərbərliyin sərtləşdirilməsini nəzərdə tutan qanun qüvvəyə minib./Oxu/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05