!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna müharibəsi ilə bağlı ÖNƏMLİ MƏQAM: “Yaxın 2 ay ərzində...”

!Reklam – Yazi

“Hazırkı dövrdə Bayden hakimiyyətinin yaxın 2 ay ərzində Ukraynaya əlavə ciddi hərbi dəstək göstərilməsi ehtimalı inandırıcı deyil”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ-də prezident seçkilərindən sonra təhvil-təslim dövrü Rusiya-Ukrayna müharibəsinin taleyinin dəyişməsi üçün Kiyevə oluna biləcək mümkün yardım barədə fikirlərini səsləndirən politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, ABŞ Ukraynaya ayırdığı yardımlardan qalan altı milyardın iki ay ərzində göndərilməsinə çalışır.

“Çünki Tramp seçki marafonunda Rusiya-Ukrayna müharibəsini tezliklə dayandıracağını vəd etmişdi. Yalnız bu yox, ümumiyyətlə, dünyada gedən münaqişələri də həll edəcəyini vəd edib. Hər kəs tərəfindən onun bəyanatları müsbət qarşılandı. Ancaq təəssüf ki, Tramp sehrbaz deyil. Yəni bir gündə müharibəni dayandıra bilməyəcək”.

Siyasi şərhçinin qənaətinə görə, Ukraynada hələlik müharibə gedəcək:

“Çünki Kiyev Rusiya qoşunlarının ərazilərindən çıxmasını istəyir. Rusiya isə öz növbəsində nəzarətə götürdüyü əraziləri qaytarmaqda maraqlı deyil. Tramp yardımları dayandıracaq və hər iki ölkədən isə müharibənin dayandırılmasını tələb edəcək. Əgər tərəflər buna razı olmazsa, Ukraynaya daha böyük yardımlar edilməsi ehtimalı böyükdür. Nəticədə Rusiyanın dərinliklərinə, hərbi obyektlərinə ciddi zərbə vurula bilər. Lakin bu zaman müharibə daha da kəskinləşəcək. Son olaraq nüvə qarşıdurması qaçılmaz olacaq. Odur ki, hazırkı dövrdə Bayden hakimiyyətinin yaxın 2 ərzində Ukraynaya əlavə ciddi hərbi dəstək göstərilməsi ehtimalı inandırıcı deyil. Qalan altı milyard dollarlıq yardım Ukraynaya böyük kömək olar”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

157
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv