!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna müharibəsində DRON STRATEGİYASI – “Əhəmiyyətli üstünlük təmin edir”

!Reklam – Yazi

“Ukraynalı əsgərlər bu texnologiyanı Rusiya mövqelərinə qarşı effektiv hücum aləti kimi istifadə edirlər”.

Yenicag.az xəbər verir ki, bunu Ukraynanın Qərb və Rusiya arasında sınaq meydanına çevrilməsi və nələrin sınağı üçün seçildiyi barədə təhlil aparan siyasi analitik Briar Stevart yazıb.

O, qeyd edib ki, Ukrayna müharibəsi, döyüşdə istifadə edilən yeni texnologiyaların sınaqdan keçirildiyi arenaya çevrilib:

“Xüsusilə fiber-optik kabel ilə təchiz edilmiş pilotsuz təyyarələr (dronlar) bu münaqişədə diqqət mərkəzinə çevrilib. Ukraynalı əsgərlər, bu texnologiyanı Rusiya mövqelərinə qarşı effektiv hücum aləti kimi istifadə edirlər. Həmin dronlar uçuş zamanı 15 km. uzunluğunda bir fiber-optik kabel açaraq operator ilə daimi əlaqə saxlayır. Bu texnologiya müharibə meydanında daha az aşkar edilən və daha dayanıqlı vasitə kimi qiymətləndirilir”.

Analitik yazır ki, fiber-optik kabel dronlarının istifadəsi yalnız döyüş zonasında deyil, dünya miqyasında təhlükəsizlik tədbirlərini dəyişdirə bilər:

“Tıxanma cihazları, pilotsuz təyyarələrə radio siqnallarını pozaraq təsir göstərir, lakin fiber-optik kabel dronları bu növ müdaxilələrə qarşı immunitetlidir. Bu dronların inkişafı ilə yanaşı, onların mülki sahələrdə, xüsusən də təhlükəsizlik və əks-terror əməliyyatlarında yaratdığı risklərdən də narahatdırlar”.

O, əlavə edib ki. fiber-optik kabel dronları döyüş meydanında əhəmiyyətli üstünlük təmin edir:

“Əsgərlər bu dronları yüksək sürətlə və uzaq məsafələrdə hədəf almaq üçün istifadə edirlər. Yanaşı olaraq bu dronlar bəzi məhdudiyyətlərə də malikdir. Onlar daha ağır və daha az çevikdir, həmçinin külək və meşəlik ərazilərdə uçuşda çətinliklər yaşaya bilərlər. Lakin açıq-aydın faydası ondan ibarətdir ki, onlar yalnız səs və görüntü ilə aşkar edilə bilər və bu, onları çox çətin hədəf halına gətirir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

95
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv