“Ukrayna münaqişəsində ölənlərin sayı 6 mini keçib”

media-hightechnic-468x90

imagesUkraynanın şərqində hökumət qüvvələri ilə separatçılar arasında baş verən toqquşmalarda həlak olanların sayə 6 mini ötüb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin yeni hesabatında bildirilir.

Bununla belə? dəqiq rəqəm hələlik məlum deyil, münaqişə qurbanlarının sayının artacağı ehtimal olunur.

“Bu il yanvarın ortalarından fevralın ortalarına qədər olan müddətdə baş verən toqquşmaların qurbanlarının sayı hələlik dəqiqləşdirilir. 2014-cü ilin aprelindən – münaqişənin əvvəlindən 19 mart 2015-ci ilə qədər 6072 nəfərin həlak olduğu qeydə alınıb. 15 345 nəfər isə münaqişə zonasında yaralanıb”, – deyə sənəddə bildirilir.

Bundan əvvəlki – 12 mart 2015-ci ilə olan hesabatda ölənlərin sayının 5 943 nəfər, yaralılarının sayının isə 15 309 nəfər olduğu açıqlanmışdı.

Sonuncu hesabata görə, münaqişə nəticəsində 1,1 milyon nəfər məcburi köçkün vəziyyətinə düşüb. Bununla belə, sənəddə qeyd olunur ki, son həftə ərzində yeni köçürülmə halları iki dəfə azalıb, insanlar öz evlərinə qayıtmağa üstünlük verirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600