Ukrayna qoşunları geri çəkməyəcək
Ukrayna separatçılar tərəfindən əldə olunmuş atəşkəsin pozulmasını dayandırmayana qədər hərbi qüvvələrin münaqişə bölgəsindən geri çəkilməyəcək.
Bbu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının məlumat mərkəzinin sözcüsü Andrey Lısenko açıqlama verib.
Onun sözlərinə görə, separatçılar və Rusiya hərbi qüvvələri Ukrayna təhlükəsizlik qüvvələrinə qarşı hücumları davam etdirir.
O, qeyd edib ki, Ukrayna şənbə günü Minskdə hökumət qüvvələri və separatçıları 30 kilometrlik buffer zonasının yaradılması üçün artilleriyanı 15 kilometr geri çəkilməsi ilə bağlı əldə olunan razılığın şərtlərini həyata keçirmir.
Bazar günü separatçılar tərəfindən Donetsk ətrafında güclü atışma olub. (anspress.com)