!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna-Rusiya böhranının PƏRDƏARXASI: "Putin istədiyini ala bildi"

!Reklam – Yazi

“Rusiyanın əsasə hədəfi o idi ki, “Şimal-2″ axını layihəsi işləsin və Almaniya vasitəsi ilə Avropanın qaz ehtiyacını ödəsin”.

Bu sözləri Ukrayna fonunda baş verən proseslər, Rusiyanın hücum gözləntisi, Rusiya qoşunlarının geri çəkilməsini şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, problemin yaşandığı ilk günlərdən müharibənin gözlənilmədiyini proqnoz edib:

“Müharibənin olması heç bir tərəfə xeyir etmirdi. Rusiya 100 minə yaxın ordunu Belarus sərhəddinə yığmışdı. Regionda çox böyük gərginlik vardı. Rusiya dəfələrlə bildirdi ki, Ukrayna hücum etməyəcək. Fransa prezidenti Emmanuel Makronun Rusiya səfərində və ondan əvvəl də Rusiya prezidenti Vladimir Putin açıq şəkildə dedi ki, əgər Ukrayna NATO üzvü olarsa və Krıma hücum edərsə, o zaman Rusiya NATO ilə üzbəüz qalır. Rusiyanın qorxduğu şey bu idi. Nə Ukrayna, nə Gürcüstan, nə də Moldova NATO-ya üzv ola bilməz. Təcavüzkar və təcavüzə məruz qalmış ölkələrin NATO-ya üzv olması mümkünsüzdür. Çünki bu nizamnamədə yazılıb. Rusiya da Ukraynaya hücum etməyəcəkdi. SSRİ dağılandan sonra Rusiya onun varisi kimi ABŞ və NATO ilə belə bir anlaşma imzalamışdı ki, NATO-nun genişlənməsi Rusiya sərhədləri yaxınlığında olmayacaq. Hazırda nə ABŞ, nə də NATO götürdüyü öhdəliyi yerinə yetirmir. Rusiyanı bu məsələlər çox narahat edirdi.

Faktiki olaraq bu qarşıdurmada Rusiya uddu. Əgər Rusiya Ukraynaya hücum edərdisə, həm iqtisadi, həm də siyasi baxımdan çox şey itirəcəkdi. Bu problemdə ən pozitiv mövqeni Türkiyə tuturdu. Türkiyə prezidenti COVID-19-a yoluxmasa idi, Rusiya prezidenti ilə ukraynalı həmkarını Ankarada görüşdürəcəkdi. Bu gün bu görüş yenə aktualdır. Prezident İlham Əliyev də münaqişənin dinc yolla həll olması üçün çox aktiv hərəkətlər etdi. Heç kim müharibə istəmir. Əsas da bu müharibənin Türkiyəyə xeyri yox idi. Çünki söhbət Qara dəniz hövzəsindən gedirdi.

Düşünürəm ki, Rusiya öz istədiyini ala bildi: ABŞ, Avropa Birliyi və NATO-nu”.

www.yenicag.az

768
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv