!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ukrayna Rusiya ilə sülh danışıqlarına hazırdır” – Kuleba

!Reklam – Yazi

Kiyev Ukraynanın sülh planının müzakirə olunacağı sammitlər arasında diplomatik prosesə başlamağa hazırdır.

Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Hindistanın NDTV telekanalına müsahibəsində bildirib.

O deyib ki, Ukrayna prezident Vladimir Zelenskinin təklif etdiyi Sülh Qətnaməsi çərçivəsində Rusiya ilə sülh danışıqlarına başlaya bilər.

Onun sözlərinə görə, Kiyev Ukraynanın sülh planının müzakirə olunacağı sammitlər arasında diplomatik prosesə başlamağa hazırdır.

“Biz dedik ki, ilk sammitdə bizim prinsiplərimizi bölüşən bütün dövlətləri bir araya gətirəcəyik, bu barədə Zelenskinin sülh qətnaməsində müəyyən edilib. Onlar siyahıdan üzərində işləmək istədikləri bəndi seçəcəklər.

Sonra birinci və ikinci sammitlər arasında Rusiya ilə təmas iştirakçıların təsdiqlədiyi qaydalara əsasən baş tuta bilər”, – Kuleba qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti İsveçrəyə səfəri zamanı Berndən hərbi münaqişənin həlli variantlarını müzakirə etmək üçün yüksək səviyyəli sülh konfransı təşkil etməyi xahiş etmişdi.

Fevralın sonunda Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak ikinci konfransa Rusiya tərəfinin dəvət ediləcəyini etiraf edib.

Zelenski Kiyevin nizamlanma planını Moskvaya ötürmək niyyətində olduğunu təsdiqləyib.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

270
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv