“Ukrayna Rusiya qarşısında tək qalmayacaq”-Natiq Miri

media-hightechnic-468x90

natiq-miriFevralın 5-də ABŞ dövlət katibi John Kerry Ukrayna prezidenti Petro Poroshenko ilə danışıqlar aparacaq. Bu arada məlumatlar yayılıb ki, Vaşinqtonun Ukraynaya silah verməmək siyasətini dəyişdirməsinə çox az qalıb. 

Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri hesab edir ki, bu görüş Ukraynadakı son gərgin hərbi vəziyyətlə bağlıdır. “Bu məsələ ciddi götür qoy ediləcək. Bununla bağlı ABŞ-ın Ukraynaya uçan məhvedici silahlarla yardım etməsi məsələsi gündəmdədir. Gələn həftə prezident bununla bağlı konkret qərar verməlidir. Hələ ki, tərəddüdlər var ki, ABŞ-ın öldürücü silahla yardım etməsi cəbhədə vəziyyəti daha da şiddətləndirə bilər. Bu mövqeyi daha çox avropalı liderlər müdafiə edir. Ona görə də fevralın 9-da bütün Avropa liderləri ABŞ-a dəvət edilib və Ukrayna məsələsiylə bağlı həlledici qərarlar verilə bilər. Yalnız bundan sonra konkret gələcək planlar bəlli olacaq. Ancaq hər bir halda Ukrayna Rusiya qarşısında tək qoyulmayacaq və ciddi yardımlar olunacaq. Bu həm maliyyə, həm hərbi, həm də dövlət quruculuğu yönündə islahatların aparılması istiqamətində olacaq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600