!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna Rusiyanı atəşə tutdu: YARALILAR VAR

!Reklam – Yazi

Şebekino şəhərinə (Belqorod vilayəti) kütləvi zərbələr endirilib. Zərbə yerli vaxtla saat 03:15-də endirilib, 4 nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, bunu Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib.

“Qrad mərmiləri 8 çoxmənzilli, 4 fərdi təsərrüfat, o cümlədən məktəb və 2 inzibati binanın pəncərələrini sındırıb, fasadları və dam örtüyünü deşib. Bir mağaza tamamilə yanıb. 12 avtomobildə müxtəlif zədələr var. Bu gündən başlayaraq biz uşaqları Şebekino və Qrayvoron rayonlarından çıxarırıq. Bu gün üç yüz uşaq Voronejə göndəriləcək”, – o bildirib.

Rusiyanın Kursk vilayətinin qubernatoru Roman Starovoit isə Qluşkovski rayonunun Tyotkino kəndinin yenidən Ukrayna tərəfindən atəşə tutulduğunu bildirib:

“Bu səhər biz 2 dəfə atəşə tutulduq. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Elektrik xətləri zədələndiyi üçün bəzi küçələrdə işıq yoxdur. Təmir briqadaları təhlükəsiz olan kimi bərpa işlərinə başlayacaqlar. Frunze küçəsində 4 evin dam örtüyü və fasadları qəlpələrdən zədələnib, pəncərələri sındırılıb. Bundan başqa, 2 avtomobilə ziyan dəyib”.

www.yenicag.az

180
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv