Ukrayna xalqı hərbi komissarlıqlara axışır
Hərbi komissarlıqlar Ukrayna ordusuna yazılmaq üçün müraciət edənləri qeydiyyata almağı çatdıra bilmir.
“Axar.az” xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Andrey Parubiy bildirib.
Onun sözlərinə görə, hərbi komissarlıqların qarşısı orduya yazılmaq üçün müraciət edən hərbi mükəlləfiyyətli insanlarla doludur: “Səfərbərlik olduqca aktiv şəkildə davam edir. İndi ilk növbədə zabitlər və ehtiyatda olanlar yığılır. Müraciət edənlər o qədər çoxdur ki, hərbi komissarlar insanları qeydiyyata almaqda çətinlik çəkirlər. İnsanlar öz əməlləri, öz hərəkətləri ilə Ukrayna ordusuna kömək etmək istəyirlər.