!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada 44 namizəd prezident seçkilərində mübarizə aparacaq

!Reklam – Yazi

Fevralın 8-də Ukraynanın Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədlərin qeydə alınması prosesini başa çatdırıb.

Yenicag.az xəbər verir ki, MSK-nın sədri Tatyana Slipaçuk bu barədə mətbuat konfransında məlumat verib. O bildirib ki, Mərkəzi Seçki Komissiyası 44 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Onlardan 24-nün namizədliyi partiyalar tərəfindən irəli sürülüb.

Bu sayda namizədin qeydə alınması Ukraynanın prezident seçkiləri tarixində yeni rekord göstəricidir.

Xatırladaq ki, Ukraynada prezident seçkiləri martın 31-nə təyin olunub. Namizədlərin heç birinin sadə səs çoxluğu (50 faiz+1 səs) qazana bilməyəcəyi təqdirdə, aprelin 21-də seçkilərin ikinci turu keçiriləcək./AZƏRTAC/

COP29

www.yenicag.az

2153
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv