Ukraynada döyüşmək istəyən şəxs anasına qarşı polisə ƏRİZƏ YAZDI - SƏBƏB

media-hightechnic-468x90

Yaroslavl vilayətində bir suvaqçı onuUkraynada döyüşməyə buraxmaqdan imtina etdiyi üçün anasına qarşı ərizə yazıb.

Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, Həmin şəxs hərbi komissarlığa gəlib və pasportunu yanında tapmayıb. Məlum olub ki, anası sənədi gizlədib.

Anası bildirib ki, 35 yaşlı İvan ürəyində problem olduğu üçün orduda xidmət etməyib. Ancaq qonşusu könüllü cəbhəyə getdiyi üçün o da getmək istəyib.

Anası ilə uğursuz danışıqlardan sonra suvaqçı onun əleyhinə polisə ərizə yazıb.

Məsimə

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600