Ukraynada neft bazasında partlayış baş verib

media-hightechnic-468x90

Ukraynanın paytaxtı Kiyev yaxınlığında neft bazasında partlayış baş verib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, insident Vişnyovoe şəhərində qeydə alınıb.

Hadisə nəticəsində neft bazasının əməkdaşı yanıq xəsarəti alıb. Onun xəstəxanaya yerləşdirildiyi bildirilir. Məlumata əsasən, partlayış sisternli avtomobilə dizel yanacağı doldurarkən baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600