Ukraynada qanlı döyüşlər: 3 ölü, 10 yaralı

media-hightechnic-468x90

Son 24 saat ərzində üç Ukrayna hərbçisi separatçılar tərəfindən öldürülüb.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin sədri Andrey Lısenko jurnalistlərə açıqlamasında bildirib.

“Son 24 saat ərzində 3 qəhrəman hərbçimiz həlak olub, 3 hərbçimiz isə yaralanıb” – deyə qeyd edib.

Lısenko vurğulayıb ki, qarşıdurma zamanı separatçılardan iki nəfər ölüb, 10 nəfər yaralanıb.

Qeyd edək ki, atəşkəsin elan olunmasına baxmayaraq, Donetsk vilayətində son günlər Ukrayna ordusu və separatçılar arasında toqquşmalar qeydə alınır.(Azvision)

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600