Ukraynada səfərbərlikdən yayınan kişilərin sayı açıqlandı
“Ukraynada 2022-ci ildən bəri 400 min insan səfərbərlikdən yayınmaq üçün ölkəni tərk edib”.
Yenicag.az xəbər verir ki, bu barədə hakim “Xalqın qulluqçusu” partiyasından olan Ali Radanın deputatı Ruslan Qorbenko məlumat yayıb.
“Sərhəddə, o cümlədən qanunvericilik səviyyəsində belə boşluqlara görə, MSEK-də (tibbi-sosial ekspertiza, – red), hərbi komissarlıqlarda və icra hakimiyyətinin digər şöbələrində korrupsiyaya görə, hesab edirəm ki, təxminən 300-400 min insan qeyri-qanuni yollarla xaricə gedib”, – Qorbenko qeyd edib.
Bundan əvvəl Ali Radanın deputatı Anna Skoroxod bildirmişdi ki, ukraynalılar səfərbərlik yaşının 25-dən 18-ə endirilməsi riskinə görə uşaqlarını xaricə aparırlar./unikal