!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada TALEYİN İRONİYASI: “Tramp prosesə zərbə vuracaq”

!Reklam – Yazi

“NATO, bütövlükdə Avropa ölkələri Ukraynanın arxasında axıra qədər dayanacaqlar”.

Bu sözləri Donald Trampla Vladimir Putin arasında gözlənən telefon danışığını Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, iki lider arasındakı telefon danışığı proseslərə səngimə gətirə bilər:

“Danışıqlar münasibətlərdə mehribançılığı həll edə, tərəfləri bir-birinə daha açıq, daha səmimi münasibətlərin bünövrəsini qoya, bundan əlavə, gələcək danışıqlar prosesində müsbət təsir göstərə bilər.

Fikrimcə, Tramp Ukrayna prosesinə zərbə vuracaq. O, silah göndərilməsi və maliyyə yardımları ilə bağlı neqativ addımlar ata bilər. Ancaq NATO, bütövlükdə Avropa ölkələri Ukraynanın arxasında axıra qədər dayanacaqlar. Ukrayna nəyin bahasına olursa olsun, öz torpaqlarını geri qaytarmalıdır. Bunun başqa yolu yoxdur”.

Səxavət Məmməd

www.yenicag.az

91
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv