Ukraynada yaşayan azərbaycanlı tələbə faciəvi şəkildə öldü-Fotolar

media-hightechnic-468x90

vcvcvcUkraynanın Dnepropetrovsk şəhərində təhsil alan 19 yaşlı azərbaycanlı idmançı tələbə faciəli şəkildə vəfat edib.

Əslən Xaçmaz rayonundan olan 1994-cü il təvəllüdlü Aslan Xıdırov Smaqdaun döyüş növü üzrə idmanla məşğul olub. Beş gün qabaq isə məşq zamanı boynundan ağır zədə alıb və təcili xəstəxanaya çatdırılıb. Bir gün komada qaldıqdan sonra Aslan iflic vəziyyətdə özünə gəlib. Bir neçə gün hissiyatsız vəziyyətdə xəstəxanada qalan gənc həkimlərin bütün cəhdlərinə baxmayaraq dünyasını dəyişib.

Oles Qonçarov adına Dneprepetrovsk Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Aslan Xıdırovun cənazəsi ötən gün Vətənə yola salınıb.

Azərbaycan bayrağını yüksəklərə qaldırmaq arzusu ilə yaşayan gəncin fotolarını sizə təqdim edirik. Allah rəhmət eləsin!(anspress).

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600