!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada zorla əsgər toplama etiraz doğurdu

!Reklam – Yazi

Ukraynanın paytaxtı Kiyevdə hərbi hakimiyyət orqanları son günlər mübahisəli əsgər toplama reydləri həyata keçirib. Xüsusilə rok konsertindən sonra baş verən hadisələr sosial mediada geniş əks-səda doğurub.

Yenicaga.az xarici mediaya istinadən xəbər verir ki, əhalinin kütləvi toplandığı yerlərə polis basqınları edilib, gənclər saxlanılaraq, zorla hərbi xidmətə aparılıb. Məlumatlara görə, əhali hakimiyyət orqanlarının bu hərəkətinə etiraz edib.

Qeyd edək ki, Ukraynanın hərbi vəziyyətinə görə, 25-60 yaş arası kişilər hərbi xidmətə çağırıla bilər, 18-60 yaş arası kişilər isə ölkədən çıxa bilməzlər. Aprel ayında hərbi xidmət yaşı 27-dən 25-ə endirilib.

Bu reydlər göstərir ki, Ukrayna ciddi hərbi çatışmazlıqlar yaşayır. Bəzi kişilərin səfərbərlikdən qaçmaq üçün həyatlarını riskə ataraq ölkədən qaçmağa çalışdıqları bildirilir. Sərhəd Mühafizə Xidməti ən azı 30 nəfərin qaçmağa çalışarkən həlak olduğunu bildirib.

Hadisələr müharibənin Ukrayna cəmiyyətinə dərin təsirini ortaya qoyur. Təhlükəsizlik ekspertləri bildirib ki, indi səfərbərlik “birtərəfli bilet” kimi qəbul edilir və xidmətə son qoymağın yeganə yolunun ölüm və ya yaralanma olması fikri geniş yayılıb.

Bu vəziyyət təkcə Ukraynaya deyil, digər ölkələrə də təsir edir. Məsələn, İngiltərədə aparılan sorğu nəticəsində məlum olub ki, gənclərin əhəmiyyətli bir hissəsi mümkün müharibə vəziyyətində orduya getməkdən imtina edəcək.

Baş verənlər müharibənin insan hüquq və fərdi azadlıqlarına təsirini şübhə altına alır, beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

137
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv